Ət və ət məhsulları (ət, qiymə, sucuq, kolbasa, sosis vs) qida silsiləsində xarab olmağa ən uyğun olan məhsullardan birisidir. Soyuducu şəraitində və temperatura tələblərinə uyğun olaraq saxlanılan bir ətin 2-3 gün ərzində xarab olmağa başladığını görə bilərsiniz. Əlbəttə, bu proses ət növlərinə görə dəyişiklik göstərə bilər.
Günümüzün tələbatına görə ət və ət məhsulları istehsalatçıdan istehlakçıya çatana qədər bir çox mərhələdən keçir və bazar ehtiyaclarını qarşılaya bilmək üçün istehsalatçıların anbardan işləməsi çətin və əziyyətli bir hal alır.
Ət və ət məhsulları ümumiyyətlə mikroorganizmlərdən ötəri xarab olmağa başlayır. Bu sahələrdə qarşılaşdığımız ümumi problemlərdən biri soyudu anbarlarınların homogen olmaması, yəni otağın hər nahiyyəsində eyni soyuduculuğun təmin edilməməsidir. Bu vəziyyətdə soyuducu otağın bir tərəfi -18 dərəcə olarkən bir digər tərəfi -14 dərəcə ola bilər, bu da fərqində olmadan məhsulların xarab olmasına səbəb olar.
Bu və buna bənzər problemlərin qarşısını almaq üçün saxlama və soyuducu şəraitini ən ideal normalara gətirmək zəruridir. Biz, təcrübə ilə dəqiqləşmiş olan bilik töhfəmiz ilə soyuducu kamera lövhələrinin seçilməsindən döşəmə izolyasiyasına, qapı seçimlərindən tutum hesablamalarına qədər bütün detalları sizə texniki iqtisadi hesab çalışmaları ilə təqdim edirik.

Rakamlarla Biz

0
Dünyadaki Ofislerimiz
0
Partnerlerimiz
0
Bitirdiğimiz Projeler
0
Hizmet Verdiğimiz Servisler