İnsanlar ibtidai dövrlərdən günümüzə qədər həmişə qidalarını saxlamaq, qorumaq və daha uzun müddətli olması üçün müxtəlif metodlardan istifadə etmişdir, məsələn Roma imperatoru Neron hökm sürdüyü dövrdə otaqların divarlarına samandan izolyasiya etdirərək qidaların daha uzun müddət istidən qorunmasını məqsəd olaraq qoymuşdur. Həmçinin Çinlilər qış aylarında göllərdə meydana gələn buz qəliblərini quyularda qoruyaraq yayda bundan istifadə etmiş və məhsulları qorumağa cəhd etmişdir. İlk müasir soyuducu 1929-cu ildə Clarence Birdseye tərəfindən təkmillləşdirilərək flaş dondurma adı verilmiş və günümüzə qədər təkmilləşdirilərək gəlmişdir.

Sürətli dondurma yəni digər adıyla şoklamalı soyuducu kamera ilə dondurma sistemi qidalardakı nəmi sürətli bir qaydada donduraraq kiçik buz kristallarına döndərir. Bu kristallaşmalar nə qədər sürətli olarsa, o qədər kiçik olar və qidaların hüceyrəvi quruluşlarının daha yaxşı qorunmasını təmin etmiş olar.

Ümumiyyətlə, qablaşdırılmış, dondurulmuş və keçirməzlik sınaqlarından keçmiş məhsulların istehlakçıya çatana qədər soyuq silsiləni qoruması hədəf olaraq qoyulmuşdur. Daha əvvəl qablamalardan çıxardılıb mikrodalğa sobalarda bişirilən məhsullar artıq günümüz texnologiyası ilə istehsal edilən qablaşdırmalar sayəsində qablama ilə birgə sobalarda bişirilir.

Günümüzdə qlobal bazar təxminləri 300 milyard dollara çatan nəhəng bir sektor halına gəlmiş dondurulmuş qidalar meyvə və tərəvəzdən ət və süd məhsullarına, balıq və dəniz məhsullarından sup və kartofa qədər əhatəli bir məhsul portfelinə malikdir. Bu bazarda ən böyük hissə isə dondurulmuş hazır yemək olaraq 1000 milyard dollarla qabaqcıl mövqeyə gəlmişdir.

İstehsalatçılar belə bir bazarda yer almaq və qalıcı olmaq istəyirsə əgər, istehsalatın ən böyük özəyi və əslində isitsna edilməzi olan sənayə növü soyuducu anbar sistemi ve şoklamalı soyuducu kameraların yaxşı layihələndirməli və hər detalı nəzərə almalıdır, əks halda bu sektor məhsullarında baş verə biləcək ən kiçik səhvi qəbul etməyərək istehsalatçıları bazardan yox etməyə qədər gedib çata bilər.

Rakamlarla Biz

0
Dünyadaki Ofislerimiz
0
Partnerlerimiz
0
Bitirdiğimiz Projeler
0
Hizmet Verdiğimiz Servisler